Respublika Narkoloji Dispanserdəki yanğında ölən var, 4 nəfər də yaralanıb - YENİLƏNİB

Respublika Narkoloji Dispanserdəki yanğında ölən var, 4 nəfər də yaralanıb - YENİLƏNİB

-- Yaralıların səhhəti kafi qiymətləndirilir.

Fövqəladə Hallar Nazirliyinin yaydığı ən son məlumata görə, paytaxtda yerləşən Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın söndürülüb.
 
Maide.Az bildirir ki, APA-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, binadan 1 nəfərin meyiti çıxarılıb.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BBC Azərbaycancaya ölüm faktını təsdiqləyiblər, ancaq həlak olanların sayı və xəstə, ya tibb personalı olub-olmadığı barədə açıqlama verilməyib.
 
Qurumdan deyiblər ki, 4 nəfər xəstəxanaya aparılıb, yanğın zamanı onlarla pasiyent təxliyyə olunub.
 
Mətbuat xidməti bildirib ki, hadisə yerində 10-a yaxın təcili yardım maşını göndərilmişdi.
 
Hadisə zamanı Narkoloji Mərkəzdə yatılı xəstələr və tibb personalı olub, nazirlikdən əlavə ediblər.
 
Fövqəladə Hallar Nazirliyi əlavə məlumat yayacağını bildirib.
 
***
 
Respublika Narkoloji Mərkəzində baş verən yanğın nəticəsində 3 nəfər tüstüdən zəhərlənib.
 
Maide.Az bildirir ki, bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən məlumat verilib.
 
Hadisə nəticəsində tüstüdən zəhərlənən 1970-ci il təvəllüdlü Kərimov Vüqar Fikrət oğlu, 1983-cü il təvəllüdlü Nadirov Kamal Ramiz oğlu və 1983-cü il təvəllüdlü Qafarov Vasif Hüseynxan oğlu şöbəyə yerləşdirilib.
 
Yaralıların səhhəti kafi qiymətləndirilir.
 
Qeyd edək ki, bu gün səhər saatlarında Respublika Narkoloji Mərkəzində yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb edilib və yanğın söndürülüb.
 

Google+ WhatsApp ok.ru