Respublika Talassemiya Mərkəzində yanğın - VİDEO 05 May 2016 01:00 Ölkə Bakıda tibb müəssisəsində yanğın baş verib. Hadisə paytaxtın Nərimanov rayonu ərazisində, Respublika Talassemiya Mərkəzində qeydə alınıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimanov rayon hissəsinin yanğınsöndürmə maşınları və canlı qüvvəsi cəlb edilib. Məlum olub ki, binanın havalandırma sisteminin mühərrikində tüstülənmə müşahidə olunur. Yanğınsöndürmə qüvvələri baş verə biləcək təhlükənin qarşısını alıblar. Respublika Talassemiya Mərkəzində müalicə olunan xəstələr binadan təxliyə ediliblər. Yanğın təhlükəsi aradan qalxdıqdan sonra xəstələr yerlərinə qayıdıblar. Teqlər : #Respublika Talassemiya Mərkəzində yanğın VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Oğurluğa görə cəzalar sərtləşdirlir Azərbaycan və İran arasında yeni sərhəd keçid məntəqəsi istifadəyə verildi