Rohingiya müsəlmanlarının naməlum gələcəyi

BMT Rohingiya əhalisini dünyanın zülm altında olan azlıqları siyahısında qərar verib və onların vəziyyətlərinin gələcəkdə o qədər də dəyişməyəcəyini bildirib.

Maide.az xəbər verir ki, Rohingiya müsəlmanları Myanmanın qərbindəki Raxin əyələtində yaşayırlar. BMT Ruhingiya əhalisini dünyanın zülm altında olan azlıqları siyahısında qərar verib. Rohingiya müsəlmanları Myanma əhalisinin dörd faizini təşkil edir və bu ölkədəki digər etnosların rasist hücumlarına məruz qalırlar.

Rohingiyanın bir milyon yüz min nəfərlik əhalisinin əksəriyyəti Myanma vətəndaşlığı haqqından məhrumdur və aparteidə bənzər bir şəraitdə yaşayır. Onların yüz qırx min nəfərindən çoxu 2012-ci ildə "Raxine" buddist etnosu ilə qarşıdurmanın ardınca digər məntəqələrə didərgin düşüb. Ondan sonra çoxlu sayda ruhingiyalı İndoneziya, Malayziya və Tailand kimi qonşu ölkələrə mühacirət etməyə səy göstərib.

Heç bir beynəlxalq orqan bu dini azığın qırğını və incidilməsinə önəm vermir və şübhəsiz, yağıntı fəslinin başa çatması ilə minlərlə ruhingiyalı təhlükəli taxta qayıqlarla dənizə üz tutacaq ki, Myanma cəhənnəmindən azad olmuş olsun. 

Google+ WhatsApp ok.ru