Rusiya-Azərbaycan sərhədi bağlanıb: uzun növbələr yaranıb

Rusiya-Azərbaycan sərhədi bağlanıb. Bu barədə məlumatı Musavat.com-a hazırda sərhəddən Azərbaycana keçə bilməyənlər şəxslər veriblər.

Onların sözlərinə görə, Rusiya tərəfi Samur sərhəd-keçid məntəqəsindən Azərbaycana keçmək istəyənləri buraxmır.

Nəticədə sərhəddə uzun növbələr yaranıb. Havanın isti olması əsəbləri daha da tarıma çəkib. Azərbaycana keçmək istəyənlərlə Dağıstan polisi və rusiyalı sərhədçilər arasında bir neçə toqquşma qeydə alınıb.

Qeyd edək ki, Gürcüstanın Rusiya ilə yeganə quru əlaqəsi olan Kazbek hərbi nəqliyyat yolu sel suları nəticəsində yuyulub sıradan çıxıb. Rusiyadan Gürcüstana gedənlər də Azərbaycan ərazisindən istifadə etdiklərindən, Samur məntəqəsindən keçmək istəyənlərin sayında ciddi artım var. musavat /

Google+ WhatsApp ok.ru