Rusiya 2029-cu ildə Aya kosmonavt göndərəcək

 
Rusiyanın Aya kosmonavt göndərməsi 2029-cu ildə reallaşa bilər.
 
Maide.az xəbər verir ki,  bu barədə “Enerqiya” RKK-nın rəhbəri Vladimir Solntsev kosmik texnologiyalara həsr olunmuş konfransda bildirib.
 
 “Hazırda yeni nəsil uçuş aparatları üzərində işlər davam etdirilir.
 
“Soyuz” tipli gəmiləri əvəzləyəcək bu aparatlar 4-6 nəfəri Aya orbitinə çatdıra biləcək”, - deyə o qeyd edib. 
 
Daha öncə Rusiyanın Ayla bağlı birgə proqram hazırlamaq üçün Avropa Birliyi ilə anlaşma əldə eləməsi haqda xəbər verilmişdi.   
 
Rusiyanın Marsa meymun göndərmək istəməsi haqda da xəbər verilib. /

Google+ WhatsApp ok.ru