Rusiya aviaşirkəti Perm-Bakı istiqamətində uçuşlara başlayır 12 Avqust 2021 14:14 Ölkə Rusiyanın “Nordwind” hava yolları şirkəti 18 avqustdan etibarən Permdən Bakıya uçuşlara başlayacaq. “Report” xarici KİV-lərə istinadən xəbər verir ki, aviareyslər həftədə bir dəfə olmaqla, hər çərşənbə günü həyata keçiriləcək. Məlumatda qeyd edilib ki, ilk aviareys avqustun 18-i tarixinə nəzərdə tutulub. Aviareyslər "Boeing-737" təyyarəsi ilə həyata keçiriləcək. Xatırladaq ki, Permdən Bakıya “Ural Hava Yolları” aviaşirkəti də uçuşlar həyata keçirir. Qeyd edək ki, “Nordwind” şirkəti Rusiyanın ən böyük aviaşirkətlərindən biridir. Teqlər : #Rusiya,#aviaşirkəti,#PermBakı,#istiqamətində,#uçuşlara,#başlayır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avqustun 13-də gözlənilən hava şəraiti açıqlanıb Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün son tarix açıqlandı