Rusiyada `Viber` də qadağan edilə bilər

Rusiyada `Viber` də qadağan edilə bilər

-- bunu Rusiyanın rabitə naziri Nikolay Nikiforov deyib

Bloklama tədbirləri "Viber" messencerinə də aid ola bilər.
 
Maide.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın rabitə naziri Nikolay Nikiforov deyib.
 
Nazir əlavə edib ki, Federal Təhlükəsizlik Xidmətinə şifrələmə açarlarının təqdim edilməsində problem yaranarsa, belə ehtimal istisna edilmir.
 
Qeyd edək ki, Rusiyada məhkəmənin qərarı ilə "Telegram" messencerinin fəaliyyəti dayandırılıb.
 
Bu messencerin də ölkədə ləğv edilməsi eyni səbəbdən baş verib.
 

Google+ WhatsApp ok.ru