Rusiyada 3 amerikalı diplomat saxlanıldı 17 Oktyabr 2019 11:00 Xəbərlər Rusiyanın Arxangelsk vilayətində ABŞ-ın 3 diplomatı saxlanılıb. Maide.az İHA-ya istinadən xəbər verir ki, diplomatlar Nenoksa-Severodvinsk qatar yolunda səyahət edərkən polislər tərəfindən saxlanılıb. Saxlanılan diplomatların adları hələlik açıqlanmır. Onların saxlanılmasına səbəb olaraq sənədlərində problem olduğu göstərilib. ABŞ rəsmiləri saxlanılan diplomatları işgüzar səfər məqsədilə Rusiyada olduqlarını bildiriblər. Rusiya Xarici İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb ki, diplomatların saxlanılması prosedur və qanunlara uyğun şəkildə həyata keçirilib. Teqlər : #Rusiyada,#amerikalı,#diplomat,#saxlanıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiya Gürcüstana təyyarə reyslərini bərpa etdi Təhsildə kimlərin hərbi möhlət hüququ var?