Rusiyada benzin illik 4 faiz bahalaşıb

Rusiyada benzin illik 4 faiz bahalaşıb

Dizel yanacağının qiyməti isə 3%-dək yüksəlib
 
Bu ilin əvvəlindən Rusiyada avtomobil benzininin qiyməti 3,7%, dizel yanacağının qiyməti isə 2,7% artıb.
 
Rusiyada benzinin orta istehlak qiyməti ötən həftə 1 litr üçün 3 qəpik artaraq 36,31 rubl (1,03 manat), dizel yanacağının qiyməti isə 28 qəpik artaraq 36,63 rubl (1,04 manat) təşkil edib.
 
Ötən həftə Ai-76/Ai-80 markalı benzinin orta istehlak qiyməti 33,59 rubldan (0,95 manat) 33,60 rubla (0,96 manat), Ai-92/Ai-93 markalı benzinin qiyməti 35,19 rubldan (0,99 manat) 35,23 rubla (1 manat), Ai-95 və daha yüksək oktanlı benzinin qiyməti 38,33 rubldan (1,09 manat) 38,36 rubla (1,10 manat) qalxıb.
 
Dizel yanacağının qiyməti isə 36,35 rubldan (1,03 manat) 36,63 rubla (1,04 manat) qədər artıb. (report) /

Google+ WhatsApp ok.ru