Rusiyada beynəlxalq halal sərgisi təşkil olunacaq

Rusiyada beynəlxalq halal sərgisi təşkil olunacaq

-- Sərgi may ayının 10-da başlayacaq və ..

Rusiyanın Tataristan Respublikasının paytaxtı Kazanda  2018-ci ilin may ayında  beynəlxalq  Halal sərgisi təşkil olunacaq. 
 
Maide.Az  “kazansummit” xəbər saytına istinadən məlumat verir ki, sərgi Rusiyanın ən böyük  Halal sərgisi hesab edilir.  May ayının 10-da başlayan sərgi 3 gün davam edəcək. 
 
Sərgi  Rusiya – İslam Dünyası  Beynəlxalq  İqtisadi zirvə görüşü çərçivəsində baş tutacaq. 
 
Sərgidə halal ərzaq, kosmetika, dərman və səhiyyə məhsulları nümayiş olunacaq, halal turizm, investisiya  və digər  sahələrə dair stendtlər fəaliyyət göstərəcək. 
 

Google+ WhatsApp ok.ru