Rusiyada ilk İslam bankı fəaliyyətə başlayıb

Ötən gün Rusiyanın ilk İslam Bankı  Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində fəaliyyətə başlayıb. 
 
Maide.az xəbər verir ki,  İslam şəriətinə uyğun maliyyə xidmətləri göstərəcək bank “Tataqroprombank”ın törəmə bölməsi kimi fəaliyyət göstərir.
 
Təsis olunan Bank İslam ölkələrindən Rusiyaya investisiya cəlb etmək niyyətindədir. Yaxın zamanda Səudiyyə Ərəbistanında qərarlaşan İslam İnkişaf Bankı ilə əməkdaşlıq müqaviləsinin bağlanacağı gözlənilir.
Bankın xidmətlərindən  həm  fiziki şəxslər, həm də şirkətlər, müxtəlif təşkilatlar  yararlana biləcək. İslam Bankçılıq Mərkəzinin ilk müştərisinin “Zəkat” xeyriyyə fondu  olacağı bildirilir.
 
Mərkəzin ənənəvi  banklardan əsas fərqi  belə bankın verilən kredit faizindən  imtina etməsi, sələmçilik fəaliyyətinin qadağan edilməsidir.
 
Həmçinin belə bankların əmanətçiləri dövlətin təyin etdiyi  inflyasiya faizi istisna olmaqla əmanətlər üzrə gəlirlər əldə etmir.
 
Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov İslam Bankının açılış mərasimində dyeib ki, mən əminəm bu bank ölkəyə yeni maliyyə  bazarları cəlb etmək üçün önəmli bir addımdır.  
 
O deyib ki, bu yeni bank şəxslərə, şirkətlərə və xarixi investorlara  xidmət göstərəcək. /
 
 

Google+ WhatsApp ok.ru