Rusiyadan Azərbaycana köç başladı: AZAL tarifləri artırdı

Qərbin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar gücləndikcə, rubl sürətlə dəyərini itirdikcə, əmək miqrantı kimi Rusiyada məskunlaşan və kiçik bizneslə məşğul olan azərbaycanlıların ölkəyə dönüşü güclənib. Müflis olan azərbaycanlılar artıq vətənə dönməyə başlayıblar.

Bu barədə istiqlal.az-a Bakı Hava Limanındakı mənbələr məlumat verib.

Mənbə deyib ki, Rusiyaya uçuşlar artıq rentabelli sayılmır: “Getmək istəyənlər əhəmiyyətli dərəcədə azalıb. Əvəzində isə Rusiyadan Bakıya uçmaq istəyənlərin sayı günbəgün artır. Tələbatın artdığını görən AZAL rəhbərliyi qiymətləri bahalaşdırmağa qərar verib”.

Məlumatı rəsmi mənbələr də təsdiqləyir. Dövlət Statistika Komitəsinin məlumatına görə, sentyabrda hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 12,5 faiz, bütövlükdə nəqliyyat sektorunda sərnişindaşıma tarifləri isə 3,2 faiz bahalaşıb./

Google+ WhatsApp ok.ru