Rusiyada yaşayan azərbaycanlıların vəziyyəti çətindir

Bu sözləri Rusiyada yaşayan, adının açıqlanmasını istəməyən azərbaycanlı biznesmen bildirib.
 
Biznesmen son 1 ildir Rusiyaya Avropa ölkələri tərəfindən tətbiq edilən sanksiyaların ölkə iqtisadiyyatını çökdürdüyünü, əhalinin gəlirlərinin azaldığını və çox insanın müflisləşdiyini bildirib.
 
O sözlərinə əlavə edib ki, Türkiyə və Rusiya arasında vəziyyət gərginləşdikdən sonra Rusiyada problemlər daha da çoxalıb:
 
"İki ölkə arasında qarşılıqlı ticarət əlaqələri var idi. Hər iki ölkə bir-birinə xeyir verirdi. Amma indi iki ölkənin də bir-birinə olan idxal və icracı dayanıb. Bundan ən çox biznesmenler, sahibkarlar, ən sonda da əhali ziyan çəkir".
 
Biznesmen Rusiyanın belə vəziyyətə düşməsinin səbəbini Rusiya hökumətinin səhvləri ilə əlaqələndirib:
 
"Putin bütün ölkələrlə baş-başa gəlib münasibətləri pisləşdirdi. Amma əhalinin bu gərginliklər fonunda hansı vəziyyətə düşəcəyini düşünmədilər. İndi insanların çoxu iş tapa bilmir. Alıcılıq qabiliyyəti düşüb. İnsanlarda pul yoxdur. Əhali necə dolacanacığını bilmir".
 
Rusiyadakı azərbaycanlıların da vəziyyətinin ürəkaçan olmadığını deyən biznesmen sözlərinə əlavə edib ki, artıq Rusiyada azərbaycanlılar qala bilmir:
 
"İş yox, pul yox, yaşamaq üçün şərait yox. Böhran hər kəsə pis təsir etdi. Kimin əlində nə var idisə itirdi. Çox adam obyetkini bağlayıb qayıdıb Azərbaycana. Görünən budur ki, hələ çox adam qayıdacaq. Düşünürəm ki, azərbaycanlılar kütləvi surətdə geri qayıda bilər".(gun.az)

Google+ WhatsApp ok.ru