Rusiya heyrətamiz raket kompleksi yaradır 24 Yanvar 2015 02:00 Xəbərlər Rusiya iqtisadi gərginliyə baxmayaraq, С-500 raket-zenit sisteminin yaradılmasından imtina etməyib. Axar.az xəbər verir ki, Rusiya Müdafiə nazirinin müavini Yuri Borisovun bildirdiyinə görə, işlər qrafik üzrə gedir və sınaq-konstruktor işlərinin 2017-ci ildə başa çatması planlaşdırılır. Qeyd edək ki, С-500 “torpaq-hava” zenit-raket sisteminin yeni nəslinə aiddir. Perspektiv ЗРС təkcə ballistik deyil, həmçinin aerodinamik hədəfləri (təyyarə, helikopter və digər hava hədəflərini), eləcə də qanadlı raketləri məhv etməyə qadirdir. С-500 600 kilometr radiusu hədəfləyə bilir, səsdən sürətli – saniyədə 7 kilometr sürətlə uçan 10 ballistik hədəfi və hipersəs raketlərin döyüş blokunu eyni zamanda məhv etməyə gücündədir. С-500 xarakteri etibarilə ЗРК С-400 və onun amerikalı rəqibi “Patriot-3”-ü üstələyəcək. / Teqlər : #Rusiya heyrətamiz raket kompleksi yaradır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hindistanlılar ABŞ prezidentinin bu ölkəyə səfərinə etiraz etdilər Avropa Birliyi Fövqəladə toplantıya qərar verdi-Foto - Video