Rusiya kosmosa rabitə və kəşfiyyat peykləri göndərdi

Rusiya kosmosa rabitə və kəşfiyyat peykləri göndərdi

 Rusiya “Qonets-M” kəşfiyyat və rabitə peyklərindən birinin kosmosa göndərildiyini açıqlayıb. 
 
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, uçuş Rusiyanın Arxanqelsk bölgəsindəki Plesetsk Kosmik Bazasından yerli vaxtla 04: 14-də həyata keçirilib.
 
“Soyuz-2.1b” daşıyıcı raketinin 43 sınaq sahəsinin 3 nömrəli pandusundan atıldığı və bölgədə kosmik qüvvələrin çalışdığı qeyd olunub.
 
Aşağı orbitli peyklə yanaşı, nano ölçülü “ERA-1” kosmik gəmisi də eyni daşıyıcı ilə kosmosa göndərilib.

Google+ WhatsApp ok.ru