Rusiya NATO-nun 72 illiyi ilə bağlı açıqlama verdi

Rusiya NATO-nun 72 illiyi ilə bağlı açıqlama verdi

Rusiya Xarici İşlər Nazirliyi NATO-nun qurulmasının 72-ci ildönümündə açıqlama verib. 

Açıqlamada ittifaqın 2020-ci ildə müdafiə xərclərini 7,4% artırdığı və bu siyasətin dünyada silahlanma yarışını qızışdırdığı ifadə edilib. 

 Rusiya Xarici İşlər Nazirliyi "Tvitter" hesabında açıqlama verərək, "NATO 72 il əvvəl bu gün "sülhü qorumaq" üçün quruldu. Bu gün Yuqoslaviyanın bombalanması, İraqın işğalı və Liviyanı qaranlığa sürükləyən əməliyyatdan təşkilat məsuliyyət daşıyır", - bildirib. 

 Davamında "NATO-nun müdafiə xərcləri 2020-ci ildə 7,4% artıb. Budur "sülhü qorumaq", - ifadələri yer alıb.  /eastnews.org/ 

Google+ WhatsApp ok.ru