Rusiyanın qarpız və yemişləri təhlükəli hesab olundu 04 Sentyabr 2019 18:41 Xəbərlər Rusiyanın bir sıra vilayətlərində yetişmiş qarpız və yemiş məhsulları qida üçün yararsız hesab edilib. Trend-in məlumatına görə, aparılan yoxlamalar nəticəsində məlum olub ki, Rostov vilayətində yetişən məhsullarda kaliumun həcmi həddən artıq çox olub. Bundan başqa, Belqorod vilayətində yetişən xiyar, Tula vilayətində yetişən göyərti və Krasnodar diyarında yetişən şaftalılar yoxlamadan keçirilib. Yalnız şaftalılar tələblərə cavab verib. Digər məhsullarda nitratlar və başqa kimyəvi maddələrin normadan çox olduğu məlum olub. Teqlər : #Rusiyanın,#qarpız,#və,#yemişləri,#təhlükəli,#hesab,#olundu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ Pakistanı dünyanın ən təhlükəli ölkəsi adlandırıb Ərdoğan nüvə silahlarıyla bağlı gözlənilməz açıqlama verdi