Rövşən Əhmədli polis bölməsinə çağırılıb

Rövşən Əhmədli polis bölməsinə çağırılıb

 
Milli Şuranın Kordinasiya Mərkəzinin üzvü Hacı Rövşən Əhmədli bu gün səhər saat 9-da Binəqədi Rayon polis bölməsinə çağrılıb
 
Maide.Az bildirir ki, vetenugrunda.az-a R.Əhmədlinin yaxınlarının verdiyi xəbərə görə, onu bu gün səhər Binəqədi polisinə çağırıblar.
 
Çağırılma səbəbinin isə Rövşən Əhmədlinin sentyabrın 17-də "Məhsul" stadionunda baş tutan mitinqdəki çıxışı olduğu bildirilir.
 
Qeyd edək ki, Milli Şuranın 17 sentyabrda "Məhsul" stadionunda keçirdiyi etiraz aksiyasında R.Əhmədli siyasi məhbus Hacı Tale Bağırzadənin xalqa ünvanladığı bəyanatını da səsləndirmişdi.
 

Google+ WhatsApp ok.ru