Səfər Əbiyevin Murad adlı oğlu yoxdur – AÇIQLAMA 06 Yanvar 2015 02:00 Xəbərlər Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyevin adı ətrafında yayılan müxtəlif xəbərlər medianın gündəmini zəbt edib. Maide.az "Modern"ə istinadən xəbər verir ki, eks-nazirin Çexiya vətəndaşlığı alması haqda xəbərin təkzib edilməsindən sonra onun Murad Əbiyev adlı oğlunun Çexiyada malikanəsi olduğu bildirilib. Səfər Əbiyevin ailəsinə yaxın mənbə eks-nazirlə bağlı yayılan bu xəbəri də təkzib edib. Daha doğrusu onun Murad adlı oğlunun olmadığını bildirib. “Bildiyim qədər Səfər Əbiyevin iki oğlu var: Ruslan və Roman. Böyük oğlu Ruslan Əbiyev vergi orqanlarında işləyir. Kiçik oğlu Roman Əbiyev isə prokurorluq sisteminin işçisidir. Ola bilsin ki, Çexiyadakı mülk nazirin Əbiyev soyadlı hansısa yaxın adamının adına qeydiyyatdadır. Amma adı qeyd olunan Murad Əbiyev onun oğlu deyil”-deyə mənbə bildirib. Teqlər : #Səfər Əbiyevin Murad adlı oğlu yoxdur – AÇIQLAMA, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xəzər dənizində zəlzələ olub `Namaz fəzilətli vaxtında və camaatla qılınmalıdır`