Səudiyyə Ərəbistan İŞİD-dən qorunmaq üçün İraqla sərhəddə divar tikir- Foto

Səudiyyə Ərəbistan özünün maliyələşdirdiyi İŞİD terror qruplaşmasının ölkə  ərazisinə girməsinin qarşısını almaq məqsədi ilə İraqla sərhəddə 960 kilometr uzunluğunda divar tikir. 
Maide.az-ın beynəlxalq KİV-lərə istinadən məlumatına görə,  İraqla sərhəddə tikilən divara “Böyük divar” adını veriblər. Divar Səudiyyə Ərəbistanın şimalında İraqla sərhəddə tikilir. 
Qeyd edək ki, Səudiyyə Ərəbistan və İraq sərhəddində divar tikilməsi layihəsi hələ 2006-cı ildə İraqda daxili müharibələr gücləndiyi zaman hazırlanmışdı. Lakin İŞİD terror qruplaşması İraqın qərb bölgələrini işğal etdikdən sonra 2014-cü ilin sentyabr ayından Ərəbistan bu layihənin icrasında ciddiləşdi və layihənin icrasına başladı. 
Tikiləcək divar  5 qat  olacaq və divarın üzərində gözətçi qüllələri və kameralar quraşdırılacaq.  Bundan başqa Səudiyyə Ərəbistan İraqla sərhəddə 30 min hərbiçi göndərib. 
Qeyd edək ki, Səudiyyə Ərəbistan ilk dəfə deyil ki, öz sərhəddində divar tikir. Bundan öncə bu ölkə öz cənub sərhədlərində Yəmənlə sərhəddə 1600  kilometr uzunluğunda divar tikib.
Xatırladaq ki, 2015-ci ilin yanvar ayının əvvəlində Səudiyyə Ərəbistanın İraqla sərhəddində terror aktı baş vermişdi. Terrorçu belində bağladığı partlayıcı qurğunu işə salmış və partlayış nəticəsində ölkənin şimal bölgəsi üzrə sərhəd qüvvələrinin komandiri general  Avda  əl Bələvi  və başqa bir sərhədçi əsgər ölmişdi, bir nəfər isə yaralanmışdı. 
Qeyd edək ki, Səudiyyə Ərəbistanının şimal sərhədləri İraqın əl-Anbar əyaləti ilə sərhəddə yerləşir. İraqın Əl-Anbar əyalətinin böyük hissəsi isə İŞİD terror qruplaşmasının əlindədir. / 
 
 
 

Google+ WhatsApp ok.ru