Sərnişin avtobusuna hücum: 13 ölü, 2 yaralı

Əfqanıstanda sərnişin avtobusuna hücum olub.Hadisə Əfqanıstanın Vardak əyalətində baş verib
 
ANS PRESS-in məlumatına görə, Əfqanıstanın şərq əyalətlərindən olan Vardakda naməlum silahlı qruplaşma üzvləri sərnişin avtobusuna hücum ediblər. 
 
“Sinxua” agentliyinin yaydığı xəbərdə bildirilir ki, hücum nəticəsində 13 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
 
Hücum faktı ilə əlaqədar heç bir qruplaşma hələlik məsuliyyəti öz üzərinə götürməyib. 
 
Yerli hüquq-mühafizə orqanları hadisənin baş vermə səbəbi və şəraitini araşdırır./

Google+ WhatsApp ok.ru