Səhiyyə Nazirliyi: Bakıda yanğın baş verən binada xəsarət alan 14 nəfərdən biri evə buraxılıb

Bakıda yanğın baş verən binada xəsarət alan 14 nəfərdən biri artıq ötən gün evə buraxılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya açıqlamasında deyib ki, evə buraxılan şəxs Səbinə Səfərovadır. O, anası - Elvira Səfərova  ilə birgə xəstəxanada müalicə alıb. E. Səfərova xəstəxanada müalicəni davam etdirir.
 
L.Bayramova qeyd edib ki, hazırda xəsarət alan 13 nəfərin müalicəsi davam edir.. Onlardan 11-i Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində, 2-si isə 6 saylı şəhər Xəstəxanasındadır. Hazırda bütün xəsarət alanların vəziyyəti stabildir və həyatları üçün təhlükə yoxdur. Bu gün ərzində KTM-in Toksikologiya şöbəsində müalicə alan daha bir şəxsin evə buraxılması nəzərdə tutulur.
 
Qeyd edək ki, Bakı şəhərində baş verən yanğın zamanı hadisə yerində təcili yardım briqadaları tərəfindən 56 nəfərə tibbi yardım göstərilib, onlardan 41-i xəstəxanalara yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərdən 16-sı lazımi yardım göstərilərək buraxılıb.
Hadisə nəticəsində 15 ölüm hadisəsi olub. Binadan 14 meyit çıxarılıb, bir nəfər - 68 yaşlı qadın isə gecə xəstəxanada vəfat edib.

Google+ WhatsApp ok.ru