Sələfilərlə sufilər məsciddə bir-birinə girdi - Video

Sufi axundun namazı əskik qıldırdığını iddia edən sələfilər (vəhhabilər) axundun üzərinə hücuma keçiblər.
Maide.az xəbər verir ki, hadisə Rusiyanın İnquşetiya Cümhuriyyətinin Nazran şəıhərində baş verib.
Cümə namazına toplanan yüzlərlə sufi və vəhhabi arasında “fərz namazı” üstündə dava düşüb. Vəhhabilər sufi axund İsa Kamkoyevin namazı əskik qıldırdığını iddia edərək ona hücum ediblər. Bu zaman axundun tərəfdarları da vəhhabilərə hücum ediblər.
Yumruq-təpik davasını ayırmaq üçün məscidə polislər çağırılıb. Xəsarət alanlar xəstəxanaya aparılıb.
Həmin görüntüləri təqdim edirik:

video

Google+ WhatsApp ok.ru