Səhiyyə naziri “donuz qripi” ilə bağlı əmr imzalayıb

Səhiyyə naziri Oqtay Şirəliyev “donuz qripi” ilə bağlı əmr imzalayıb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.
 
L. Bayramova qeyd edib ki, Azərbaycanda “donuz qripi” (A/H1 N1-red.) ilə bağlı hər hansı şübhəli hal qeydə alınmayıb: “Epidemioloji durum daim nəzarət altındadır”.
 
Qeyd edək ki, İranda “donuz qripi” epidemiyası nəticəsində 33 nəfər ölüb.

Google+ WhatsApp ok.ru