Sədərək ticarət mərkəzini su basdı 06 İyun 2016 01:00 Xəbərlər Bir neçə dəqiqədir ki, davam edən güclü yağış ticarət mərkəzində ciddi problem yaradıb, yağış suları mərkəzin içərisinə dolub. Hadisəyə səbəb isə ticarət mərkəzinin üst örtüyündəki su borularının tutulması olub. Nəticədə mərkəzin içərisinə güclü su axınları başlayıb, satıcıların əmlaklarına xeyli ziyan dəyib. Ticarət Mərkəzinin içərisindəki kanalizasiya xətlərinin də işləməməsi xırda gölməçələrin yaranmasına gətirib çıxarıb. Bu isə satıcılarla yanaşı, mərkəzə alış-verişə gələn insanların təşvişinə səbəb olub. Onlar mərkəzi tərk ediblər. / AzNews.az Teqlər : #Sədərək ticarət mərkəzini su basdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ağdamın yaşayış məntəqələrinə dolu yağıb Böyüt Bakıya güclü yağış - Video