Səudiyyə Ərəbistanda hakim oğurlanıb

Səudiyyə Ərəbistanda hakim oğurlanıb

Səudiyyə Ərəbistanın Şərqiyyə vilayətinin Qətif şəhərinin Vəqflər və Mədəni İrs İdarəsinin hakimi  Şeyx Məhəmməd Cirani evinin qarşısından oğurlanıb. 
Maide.Az xəbər verir ki,  Səudiyyə rejim KİV-ləri  bildirir ki,  təhlükəsizlik qüvvələri  şiələrin yaşadığı Qətif bölgəsinin  Vəqflər və Mədəni İrs İdarəsinin hakimi  Şeyx Məhəmməd Ciraninin oğurlanması faktını təsdiqləyiblər. 
Məlumatda bildirilir ki,  Şeyx Məhəmməd Ciraniyə qarşı bundan öncədə dəfələrlə  hücumlar olub və bir müddət öncə naməlum şəxslər onun evini yandırmaq istəyirmiş. 
Hazırda cinayət işi açılıb və  araşdırmalar davam etdirilir. 
 

Google+ WhatsApp ok.ru