Səhiyyə Nazirliyi: Qripə görə müraciətlərin 20 faizi uşaqlarla bağlıdır 23 Dekabr 2016 02:00 Ölkə Azərbaycanda kəskin respirator viruslara yoluxmalara görə laborator müayinələrin aparılması üçün edilən müraciətlərin təxminən 20 faizi uşaqlarla bağlı olur. Bunu Trend-ə Səhiyyə Nazirliyi (SN) Respublika Taun Əleyhinə Stansiyanın (RTƏS) Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılova deyib. Onun sözlərinə görə, oktyabr ayının əvvəlindən indiyədək tibb müəssisələrindən stansiyaya xəstələrdən götürülmüş 236 müayinə materialı daxil olub. Müayinələr zamanı həmin nümunələrdə paraqrip, adena virus, kəskin respirator infeksiyalar aşkar olunub. Amma qrip, o cümlədən patogen qrip aşkarlanmayıb: “Bunlar qrip deyil, sadəcə, onların əlamətləri qripə oxşar olur. Paraqrip, adena virus olarkən orqanizmdə soyuqlama əlamətləri müşahidə edilir, amma bu xəstəliklərdən ağırlaşmalar olmur. Bizə daxil olan nümunələr də yüksək hərarət, başağrısı, öskürək kimi əlamətlər müşahidə edilən xəstələrdən götürülüb. Həmin xəstələrin heç birində ağırlaşmalar olmayıb, onların hamısı sağalıb”. R.İsmayılova deyib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə RTƏS-ya daxil olan nümunələrin sayı azalıb. Teqlər : #Səhiyyə Nazirliyi: Qripə görə müraciətlərin 20 faizi uşaqlarla bağlıdır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda otel sökülür - Abutalıbov hadisə yerində-VİDEO Yalnız bu hallarda avtomobiliniz cərimə meydançasına aparılacaq - YENİLİK