Səudiyyə rejiminin 60 zabiti Yəmən müharibəsinə görə istefa verdi

Səudiyyə rejiminin 60 zabiti Yəmən müharibəsinə görə istefa verdi

Səudiyyə rejimində “Müctəhid” adı ilə yazan və bu ölkədə hökmranlıq edən sülalənin daxilindəki çaxnaşmaları ifşa edən ictimai fəal, Səudiyyə rejiminin ordusunda Yəmən müharibəsinə qatılmaq istəməyən 60 zabitin istefa verdiyini bildirib.
 
Maide.Az "deyerler.org" -a istinadla xəbər verir ki, Müctəhid Twitter-dən verdiyi açıqlamasında, həmin səudiyyəli zabitlərin Yəmən müharibəsinə qatılmağı günah qəbul etdiyini yazıb.
 
O, səudiyyəlin 60 zabitin istefa etməsinin Səudiyyə rejiminin müharibə cinayətkarı siyahısına salınmasında təsirli ola biləcəyini söyləyib:
 
“Səudiyyə rejiminin rəsmilərinin hamısı bu istefanı qəbul etmədilər, çünki Səudiyyə rejiminin vəliəhd şahzadəsi Məhəmməd bin Salman istefa cəhdlərini bir cinayət kimi qəbul edir”.
 

Google+ WhatsApp ok.ru