Sənaye istehsalı 4,7 faiz azalıb

Sənaye istehsalı 4,7 faiz azalıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 33,7 milyard manat dəyərində sənaye məhsulu istehsal olunub.
 
Bu, 2019-cu ilin müvafiq dövrünə nisbətən 4,7% azdır.
 
Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
 
Bu il neft və qaz məhsulları istehsalı 6,4% azalıb. Rəsmi hesablamalara görə, 11 ay ərzində qeyri-neft və qaz sektorunda istehsal 11,4% artıb. / turan /

Google+ WhatsApp ok.ru