Səhiyyə sistemi kökündən dəyişməlidir, monopoliyaya son qoyulmalıdır - Həkimdən açıqlama

Səhiyyə sistemi kökündən dəyişməlidir, monopoliyaya son qoyulmalıdır - Həkimdən açıqlama

“Bizimyol.info.az”  saytı “Səhiyyə sistemi kökündən dəyişməlidir, monopoliyaya son qoyulmalıdır - həkimdən açıqlama” sərlövhəli məqalədə  həkim-farmakoloq Müşfiq Hüseynov səhiyyə sahəsində köklü islahatların vaxtının çatmasından bəhs edir.
 
Müəllif deyir ki, son zamanlar koronovirus qurbanlarının sürətlə artması sosial mediada müzakirələrə səbəb olub.
 
Müəllifin deməsinə görə, sosial şəbəkələrdə aparılan müzakirələrin nəticəsi olaraq belə vəziyyətin yaranmasına səbəb isə son 20 ildə normal səhiyyə və tibbi sığorta sisteminin qurulmaması, ölkənin dərman təhlükəsizliyinin təmin edilməməsi, yerli dərman istehsalı sənayesinin yaradılmaması göstərilir.
 
Həkim yada salır ki, ölkədə xəstəxanalara milyonlarla vəsait ayrılıb, rayonlarda müasir tipli xəstəxanalar tikilib, təmir olunub, ən müasir texnika ilə təchiz edilib, amma hər kəs Bakıya gəlir, çünki kadr yoxdur.
 
Bundan irəli gələrək həkim vurğulayır ki, Azərbaycan Tibb Universitetində hər şey kökündən dəyişməlidir: “Dünya nano-texnologiyanı tibbdə tətbiq edib. Bizdə hələ də 70-ci illərin dərsliklərinin müasirləşdirilmiş variantından dərs keçilir. Bu günün alim və müəllim heyəti 70-80-ci illərin tələbələridir.
 
Həkim qeyd edib ki, ölkənin dərman təhlükəsizliyi 30 ilin problemidir: “Bu gün apteklərdə keyfiyyətli dərman tapmaq problemə dönüb, əksər dünya miqyaslı istehsalçılar Bakıdakı nümayəndəliklərini bağlayıblar. Səbəbi isə normal iş üçün şəraitin olmamasıdır”.
 
Onun fikrincə, elelmentar parasetomol dərmanının istehsal edilməməsi regionun lider ölkəsi üçün utanc faktıdır.

Google+ WhatsApp ok.ru