Sabah 38 dərəcə isti olacaq

Sabah 38 dərəcə isti olacaq

 Avqustun 17-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

 

Maide.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyilə əvəz olunacaq.

 

Havanın temperaturunun gecə  21-25, gündüz  30-35, Bakıda gecə 23-25, gündüz  33-35 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 758 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 65-75, gündüz  30-40 faiz təşkil edəcək.               

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda  25-26, Türkan, Hövsan, Sahil, Şıxda  27-28 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək.  Şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 20-25, gündüz  33-38,  dağlarda gecə 15-19, gündüz  25-30 dərəcə isti olacağı gözlənilir.

 

Avqustun 17-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir. /

Google+ WhatsApp ok.ru