Sabah 42 dərəcə isti olacaq 10 Avqust 2016 01:00 Ölkə Maide.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumat verir ki: Bakıda və Abşeron yarımadasında Avqustun 11-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 23-27, gündüz 34-39, Bakıda gecə 24-26, gündüz 36-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 35-45 faiz təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında Avqustun 11-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq. / Teqlər : #Sabah 42 dərəcə isti olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Son 5 ildə Azərbaycanda vərəmə yoluxma halları nəqədər azalıb? Bakı-Məşhəd aviareysi üzrə ilk uçuş həyata keçirilib -YENİLƏNİB