Sabaha olan havanın temperaturu: 42 dərəcə

Sabaha olan havanın temperaturu: 42 dərəcə

Sabaha olan hava proqnozu açıqlanıb
 
Maide.İnfo xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə,
 
Bakıda və Abşeron yarımadasında
Hava şəraitinin günəşli olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26, gündüz 36-41, Bakıda gecə 24-26, gündüz 38-40 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 35-45 faiz təşkil edəcək.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 27-28, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 28-29, Türkan, Hövsan, Sahil, Şıxda 29-30 dərəcə isti olacaq.
 
Tibbi-meteoroloji xəbərdarlıq
Avqustun 8-9-da Abşeron yarımadasında anomal isti hava şəraitinin davam edəcəyi gözlənilir ki, bu da əksər əhali üçün çox əlverişsizdir.
 
Azərbaycanın rayonlarında
Hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Zəif şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir. /

Google+ WhatsApp ok.ru