Sabaha olan hava proqnozu - Bakıda ilk qar gözlənilir 20 Noyabr 2016 02:00 Ölkə Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.Az-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-5° isti, gündüz 5-7° isti, Bakıda gecə 2-4° isti, gündüz 5-7° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 783 mm civə sütunu, nisbi rütubət gecə 85-95 %, gündüz 65-75 % təşkil edəcək. Azərbaycanın rayonlarına gəlincə, noyabrın 21-də arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti, yüksək dağlıq ərazilərdə gecə 10-15° şaxta, gündüz 5-10° şaxta olacağı gözlənilir. Teqlər : #Sabaha olan hava proqnozu Bakıda ilk qar gözlənilir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda Ərbəin münasibəti ilə “Şairlər gecəsi” adlı tədbir keçirilib -FOTO Bölgələrdə heyvan qiymətləri qalxdı - Ət bahalaşdı -VİDEO