Sabaha olan hava proqnozu: şimşək çaxacaq, yağış yağacaq

Sabaha olan hava proqnozu: şimşək çaxacaq, yağış yağacaq

 
Bakı və Abşeron yarımadasında oktyabrın 14-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Axşama doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Maide.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə 11-14° isti, gündüz 17-21° isti, Bakıda gecə  12-14° isti, gündüz  18-20° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət   gecə 85-95 %, gündüz 60-70 %təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacağı gözlənilir. /

Google+ WhatsApp ok.ru