Sabaha olan hava proqnozu: çiskin olacaq, güclü külək əsəcək

Sabaha olan hava proqnozu: çiskin olacaq, güclü külək əsəcək

Bakı və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz fasilə olacağı ehtimalı var.
 
Arabir güclənən şimal-qərb küləyi  əsəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Maide.Az-a verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə 6-8° isti, gündüz  9-11° isti, Bakıda gecə 6-8° isti, gündüz  9-11° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 779 mm civə sütununa yüksələcək.
 
Nisbi rütubət 80-90 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Lakin axşam arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Lənkəran-Astara zonasında intensiv olacağı ehtimalı var.
 
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 3-7° isti,  gündüz  8-12° isti, dağlarda gecə  0-5° şaxta, gündüz  0-5° isti olacağı gözlənilir. /

Google+ WhatsApp ok.ru