Sabaha olan hava proqnozu açıqlanıb - XƏBƏRDARLIQ

Sabaha olan hava proqnozu açıqlanıb - XƏBƏRDARLIQ

Ölkədə sabaha olan hava proqnozu açıqlanıb
 
Maide.İnfo xəbər verir ki, ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 16-19° isti, gündüz  25-30° isti, Bakıda gecə  17-19° isti, gündüz  23-28° isti olacağı gözlənilir.
 
Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Atmosfer  təzyiqi  758 mm civə sütunu, nisbi rütubət  gecə 65-75 %, gündüz 40-50 %  təşkil edəcək.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.  Səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 15-20° isti, gündüz  28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 16-21° isti olacağı gözlənilir.
 
Xəbərdarlıq: İyunun 8-də bəzi rayonlarda hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var. /

Google+ WhatsApp ok.ru