Sabaha olan hava proqnozu açıqlanıb - XƏBƏRDARLIQ

Sabaha olan hava proqnozu açıqlanıb - XƏBƏRDARLIQ

İyunun 2-nə olan hava proqnozu açıqlanıb
 
Maide.İnfo xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə,
 
Bakıda və Abşeron yarımadasında
Hava şəraiti əsasən yağmursuz olacaq. Gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-25° isti, gündüz  30-35°, bəzi yerlərdə 37° isti, Bakıda gecə  22-24° isti, gündüz  33-35° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan aşağı 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 60-70 %,  gündüz  45-50 %  təşkil edəcək.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  22-23°, Türkan, Hövsan, Sahil, Şıxda  24-25° isti təşkil edəcək. 
 
Azərbaycanın rayonlarında 
Hava şəraiti yağmursuz olacaq. Gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz  35-40° isti, dağlarda gecə 14-19° isti, gündüz  25-30° isti olacağı gözlənilir. 
İyulun 3-dən 7-dək bəzi rayonlarda havanın maksimal temperaturunun 35-40°, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 41-43°, dağlıq rayonlarda isə 28-33° isti olacağı gözlənilir.
 
Xəbərdarlıq
Nazirlik havanın temperaturunun yüksələcəyi ilə bağlı xəbərdarlıq edirb. Belə ki, iyulun 3-dən 6-dək Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 33-37°, bəzi yerlərdə isə 39° isti olacağı gözlənilir. İyulun 3-dən 6-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və arabir durğun hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil. /

Google+ WhatsApp ok.ru