Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Ölkə ərazisində yanvarın 5-nə olan hava proqnozu açıqlanıb.
 
Maide.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq, bəzi yerlərdə zəif duman gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 1-4° isti, gündüz  8-13° isti, Bakıda gecə 1-3° isti, gündüz  9-11° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 60-70 %, gündüz 50-55 % təşkil edəcək.
 
Rayonlarda hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olması gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-9° isti olacaq.
 

Google+ WhatsApp ok.ru