Sabaha olan hava proqnozu açıqlanıb 01 Fevral 2017 02:00 Ölkə Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaqı, əsasən yağmursuz keçəcək. Maide.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, səhər yarımadanın bəzi yerlərində zəif qar yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 1-4° isti, Bakıda gecə 4-6° şaxta, gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu olacaq, nisbi rütubət 85-95 % təşkil edəcək. Yollar buz bağlayacaq. Azərbaycanın bəzi bölgələrində qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 15-20° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. / Teqlər : #Sabaha olan hava proqnozu açıqlanıb , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda buzlaşma müşahidə olunan yollar açıqlanıb - RƏSMİ Xəzərdə dənizdibi seysmik stansiyalar quraşdırılacaq