Sabaha olan hava proqnozu açıqlanıb 05 Aprel 2017 01:00 Ölkə Aprelin 6-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi gündüz arabir güclənəcək. Maide.Az ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 5-8° isti, gündüz 13-18° isti, Bakıda gecə 6-8° isti, gündüz 16-18° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 768 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 17-22° isti, dağlarda gecə 2-7° isti, gündüz 9-14° isti olacağı gözlənilir. / Teqlər : #Sabaha olan hava proqnozu açıqlanıb , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq müraciətinə cavab verib Səhiyyə Nazirliyi özəl tibb və əczaçılıq müəssisələrinə xəbərdarlıq edib