Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Aprelin 7-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Bəzi yerlərdə duman, axşam çiskin olacağı ehtimalı var.
 
Cənub küləyi əsəcək.
 
Maide.İnfo xəbər verir ki, ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 4-7° isti, gündüz 14-18° isti, Bakıda gecə 4-6° isti, gündüz  15-17° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  761 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə və  gündüz 70-80 %  təşkil edəcək.
 
Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 9-dək Abşeron yarımadasında mülayim yaz havası meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin bəzi qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi  ayrı-ayrı  yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 2-7° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir. /

Google+ WhatsApp ok.ru