Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb
 
Maide.İnfo xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə 
 
Bakı və Abşeron yarımadasında
Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
havanın temperaturunun gecə 13-16° isti, gündüz 20-25° isti, Bakıda gecə 13-15° isti, gündüz  22-24° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 760  mm civə sütunu, nisbi rütubət 70-80 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarında
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam əksər rayonlarda yağış tədricən kəsiləcək. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15° isti, gündüz  23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 11-16° isti olacağı gözlənilir. 
 
Mayın 7-dək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var. /

Google+ WhatsApp ok.ru