Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb
 
Maide.İnfo xəbər verir ki,Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə:
 
Bakı və Abşeron yarımadasında:
Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bəzi yerlərdə zəif duman olacaq.
Arabir güclənən cənub-qərb küləyi  axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
havanın temperaturunun gecə 14-17° isti, gündüz 26-31° isti, Bakıda gecə  15-17° isti, gündüz  28-30° isti olacağı gözlənilir.
Atmosfer  təzyiqi  normadan aşağı 752 mm civə sütunundan 756  mm civə sütununa yüksələcək.  Nisbi rütubət  gecə 65-75 %, gündüz 40-50 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarında:
Hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz  27-32° isti, dağlarda gecə 5-10° isti, gündüz 14-19° isti olacağı gözlənilir.  /

Google+ WhatsApp ok.ru