Sabaha olan hava proqnozu açıqlanıb 31 May 2017 01:00 Ölkə Sabaha olan hava proqnozu açıqlanıb Maide.İnfo xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə: Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.şimşək çaxacağı ehtimalı var. Arabir şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 20-25° isti, Bakıda gecə 16-18° isti, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 55-65 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq. / Teqlər : #Sabaha olan hava proqnozu açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kiçik və orta biznesə təhlükə Çimərlik mövsümü ilə əlaqədar 9 marşrut xətti dəyişib