Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

İyunun 6-a olan hava proqnozu açıqlanıb
 
Maide.Az xəbər verir ki, ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 16-19° isti, gündüz  25-30° isti, Bakıda gecə  17-19° isti, gündüz  27-29° isti olacağı gözlənilir.
 
Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Axşam buludluluğun artacağı gözlənilir.
Atmosfer  təzyiqi 764 mm civə sütunu, nisbi rütubət  gecə 70-75 %, gündüz 50-55 %  təşkil edəcək.
Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi  ilə əvəz olunacaq.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi  qıraq qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 15-20° isti, gündüz  28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti olacağı gözlənilir. /

Google+ WhatsApp ok.ru