Sabaha olan hava proqnozu açıqlanıb 04 Sentyabr 2017 01:00 Ölkə Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Maide.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında Hava yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-24° isti, gündüz 29-34° isti, Bakıda gecə 22-24°, gündüz 32-34° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°,Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti təşkil edəcək. Azərbaycanın rayonlarında Sabah hava əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 32-37° isti, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacağı gözlənilir. / Teqlər : #Sabaha olan hava proqnozu açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yağ kəskin bahalaşıb - VİDEO Peşə məktəblərinin tələbələri maaş da ala biləcəklər - YENİLİK