Sabaha olan hava proqnozu açıqlanıb 02 Noyabr 2017 02:00 Ölkə -- Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Noyabrın 3-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Maide.Az xəbər verir ki, ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 7-10° isti, gündüz 15-18° isti, Bakıda gecə 8-10°, gündüz 15-17° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 15-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir. Teqlər : #Sabaha olan hava proqnozu açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran azərbaycanlı zəvvarların Kərbəlaya gediş-gəlişini asanlaşdırıb Bakıda Xəzəryanı ölkələrin iştirakı ilə beynəlxalq təlim keçirilir