Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

-- Bəzi yerlərdə yağış yağacaq, duman olacaq

Bakı və Abşeron yarımadasında noyabrın 18-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində  bəzi  yerlərdə arabir yağış yağacağı gözlənilir.
 
Şimal-şərq küləyi  gündüz cənub-şərq küləyi  ilə  əvəz  olacaq.
 
Maide.Az bildirir ki, ETSN-dən  verilən məlumata görə, havanın temperaturunun gecə  10-12° isti, gündüz  14-16° isti, Bakıda gecə  10-12° isti, gündüz  14-16° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi normadan yüksək 771  mm civə sütunundan 765 mm civə sütununa enəcək.
 
Nisbi rütubət   80-90 % olacaq. 
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
 
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 6-11° isti, gündüz 15-18° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.
 

Google+ WhatsApp ok.ru