Sabaha olan hava proqnozu açıqlanıb 14 May 2018 01:00 Ölkə -- Bəzi yerlərdə leysan gözlənir Mayın 15-də Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi bildirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 15-17, gündüz 20-25, Bakıda gecə 15-17, gündüz 23-25 dərəcə isti olacaq. Mayın 15-də Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi, lakin səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə yağıntının leysana keçəcəyi ehtimal edilir. Gecə 12-17, gündüz 24-29, dağlarda gecə 4-8, gündüz 9-14 dərəcə isti təxmin edilir. Teqlər : #Sabaha olan hava proqnozu açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Lökbatan-Qobu-Hökməli yolunda hərəkət məhdudlaşdırılır Sabahdan bu ölkələrin vətəndaşlarına hava limanlarında viza verilməsinə başlanılır